Kateqoriyasız

“Qarabağ” ev oyunlarını Respublika stadionunda keçirəcək

“Qarabağ” Misli Premyer Liqasında ev oyunlarını bir müddət “Azərsun Arena”da keçirə bilməyəcək.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, stadionun ot örtüyündə renovasiya işləri aparılır. Buna görə də Ağdam klubu növbəti bildirişə qədər ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Qeyd edək ki, “Qarabağ” çempionatda növbəti ev oyunununda (6 noyabr) “Kəpəz”i qəbul edəcək.

Əlavə edək ki, Ağdam təmsilçisi ötən mövsümlərdə də yerli liqada bəzi ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43