Ölkə futbolu

“Qarabağ” hazırdır

Topaz Premyer Liqanın XVI turunda “Neftçi”ni qəbul edəcək “Qarabağ” klubu bu oyunun hazırlıqlarını tamamlayıb.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, komanda artıq bu oyunun başlama saatını gözləyir.

54-cü derbi öncəsi komandada ciddi itki yoxdur. Artıq 1 aydır zədə üzündən yaşıl meydanlardan kənarda qalan Admir Telinin durumu isə qeyri-müəyyəndir.

Çempionatın ilk yarısında rəqib meydanında baş tutan görüşdə hesab açılmamışdı. Azərbaycan derbisini Vüsal Əliyevin başçılıq edəcəyi hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” görüşü sabah, saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43