Ölkə futbolu

“Qarabağ” ilk “100-lük”də – İlk dəfə

UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda  PAOK-u səfərdə 1:0 hesabı ilə məğlub edən "Qarabağ" Avropa futbol qurumunun reytinq cədvəlində 13 pillə irəliləyib. 

İdmanxeber.com xəbər verir ki, Qurban Qurbanovun komandası 18.050 xalla 99-cu yerdə qərarlaşıb. 

Qeyd edək ki, "Qarabağ" "100-lük"də qərarlaşan ilk Azərbaycan komandası olub.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43