Ölkə futbolu

“Qarabağ” italiyalı futbolçu transfer edir

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın transfer etmək istədiyi futbolçulardan daha birinin adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, İtaliya B seriyasında çıxış edən “Trapani” klubunun üzvü Nikola Sitro Ağdam klubunun transfer hədəfindədir. İtaliya mətbuatının yaydığı məlumata görə, son çempion 29 yaşlı futbolçuya 3 illik müqavilə və 900 min avro əmək haqqı təklif edib. Forvardın“Qarabağ”ın təklifinə müsbət yanaşdığı bildirilir.

İtaliyalı futbolçu cari mövsümdə 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43