İdman

“Qarabağ” Pedrodan sonra “O”nunla da yolları ayırdı!

Pedro Enrikenin ardınca “Qarabağ” daha bir futbolçusu ilə müqavilə müddətini uzatmayıb.

İdmanxeber.com-un məlumatına görə, söhbət yığmamızın da şərəfini qorumuş Əfran İsmayılovdan gedir. Son 3 ili “köhlən atlar”da keçirən yarımmüdafiəçi Qurban Qurbanova lazım olmayıb.

Qeyd edək ki, Əfran Ağdam təmsilçisinin bu günkü məşqində yer almayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43