Ölkə futbolu

“Qarabağ” pley-off mərhələsində kimlərlə qarşıla bilər?

“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizə dayandıraraq Avropa Liqasının pley-off mərhələsinə yollandı.

İdmanxeber.com-un məlumatına görə, “atlılar”ın bu mərhələdəki potensial rəqibləri də artıq bəllidir.

Bunlar “Qarabağ” kimi Çempionlar Liqası ilə vidalaşan “Dinamo” (Gürcüstan), BATE (Belarus), “Rusenburq” (Norveç) və Serbiyanın “Srvena Zvezda” komandasıdır.

Qeyd edək ki, “Qarabağ”ın digər potensial rəqibləri Çempionlar Liqasının III təsniaft mərhələsinin bu gün keçiriləcək cavab oyunlarından sonra bilinəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43