Kateqoriyasız

“Qarabağ” qanalı futbolçu ilə neçə illik müqavilə imzalayıb?

“Qarabağ” yeni transferi Ovusu Kvabena ilə imzalanan müqavilənin müddətini açıqlayıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi “Leqanes”dən transfer etdiyi 22 yaşlı hücumçu ilə 3.5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, mövsümün ilk yarısını icarə əsasında İspaniyanın “Kordoba” klubunda keçirən qanalı futbolçu 17 oyunda 6 qola imza atıb. O, ölkəsinin əsas millisində də 4 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43