Kateqoriyasız

“Qarabağ” qvineyalı hücumçu transfer edir? – İDDİA

Ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində çıxış edəcək “Qarabağ” heyətinə yeni futbolçu qatır.

İdmanxeber.az Moldova mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu “Şerif”in qvineyalı mərkəz hücumçusu Momo Yansaneni heyətinə qatmaqda maraqlıdı.

25 yaşlı futbolçu ilə maraqlanan çoxsaylı klubların arasında təmsilçimizin də adı var.

Qeyd edək ki, hazırda müqavilə ilə Moldovanın “Şerif” klubuna məxsus olan Momo Yansane karyerası ərzində Qvineyanın “Hafii”, Mərakeşin “FUS”, Belarusun “İsloç”, Malinin “Blek Starz” və Rusiyanın “Nijniy Novqorod” klublarının formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43