Kateqoriyasız

“Qarabağ” rəsmisi son nöqtəni qoydu: “Reynaldo “Ayntraxt”la oyunda…”

Avropa Liqasının pley-off mərhələsində Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq “Qarabağ” vacib oyun öncəsi ciddi itki ilə üzləşib.

Premyer Liqanın III turu çərçivəsində dünən “Xəzər Lənkəran”la oyunda Ağdam klubunun aparıcı üzvü Reynaldo zədələnib. 

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov idmanxeber.com saytına verdiyi açıqlamada futbolçunun avqustun 22-də keçiriləcək “Ayntraxt”la oyunu buraxacağını bildirib:

“Bəli Reynaldo “Ayntraxt”a qarşı oynamayacaq. Çünki futbolçumuz əzələsini dartıb”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43