Premyer Liqa

“Qarabağ” – “Rəvan” – STATİSTİKA

Milli komandaların oyunları il əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə bu həftə başa çatacaq. Çempionatın 14-cü turunda növbəti 5 qarşılaşma baş tutacaq. Bu dəfə turun görüşləri 3 gün ərzində keçiriləcək. Turun mərkəzi oyunu “Şəfa”da “İnter” və “Neftçi” arasında olacaq. Peşəkar Futbol Liqasının rəsmi internet saytı ənənəsinə sadiq qalaraq bu dəfə də üz-üzə gələn cütlərin çempionatlar tarixindəki oyunlarının balansını təqdim edir. Balansda sonradan adını dəyişən klubların varisi olan komandaların nəticələri də əksini tapıb.

24 noyabr (bazar)

70. “Qarabağ” (Ağdam) – “Rəvan” (Bakı)

+2=3-0, top fərqi 7-4

Paytaxt təmsilçisi əvvəlki 5 oyunda “Qarabağ”a qalib gələ bilməyib. Ağdamlılar “Rəvan”la ev oyunlarında qol da buraxmayıb.

16.10.2011 Rəvan (Bakı) – Qarabağ (Ağdam) 1:1

16.12.2011 Qarabağ (Ağdam) – Rəvan (Bakı) 2:0

24.08.2012 Qarabağ (Ağdam) – Rəvan (Bakı) 0:0

22.02.2013 Rəvan (Bakı) – Qarabağ (Ağdam) 2:3

13.09.2013 Rəvan (Bakı) – Qarabağ (Ağdam) 1:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43