Premyer Liqa

“Qarabağ” “Rəvan” üçün başladı

Premyer Liqanın XXX turunda "Rəvan"la qarşılaşacaq "Qarabağ" oyunun hazırlıqlarına başlayıb. Komanda bu günü tək  çalışmayla keçirəcək.
 
Sonuncu turdakı AZAL qalibiyyətindən sonra (2:0) Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov dünəni komandaya istirahət vermişdi. 
 
Bu gündən isə komanda "Rəvan"la oyunun hazırlıqlarına start verəcək.
Qarabağ"ın məşqi saat 17:00-da Suraxanı qəsəbə stadionunda baş tutacaq.
 
"Qarabağ" -"Rəvan" oyunu aprelin 12-i, Tofiq Bəhramov adına Respublika stadionunda  keçiriləcək. 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43