Kateqoriyasız

“Qarabağ” səhvləri bağışlamır” – “Turan Tovuz”un futbolçusu

“Qarabağ”a qarşı oynamaq çox çətindir. Daha diqqətli olmaq və az xətayla mübarizə aparmaq lazımdır. Bu komanda səhvləri bağışlamır. Erkən qol buraxmağımızın məğlubiyyətə böyük təsiri oldu”.

Bu sözləri İdmanxeber.az saytına “Tutan Tovuz”un futbolçusu Səbayıl Bağırov Misli Premyer Liqasının XI turunda “Qarabağ”a qarşı məğlub olduqları görüş (0:3) barədə danışarkən deyiib. 27 yaşlı futbolçu bu nəticədən dərs almalı olduqlarını bildirib və komandanın cari mövsümdəki hədəflərindən söz açıb:

“9 il sonra Premyer Liqaya qayıtdıq. İnkişaf üçün belə oyunlar çox vacibdir. Komanda şəklində daha yaxşı yerlərə gəlmək istəyirik. Düzdür, stabil çıxış edə bilməsək də, oyunumuzu artıraraq davam edirik. Hər gün daha yaxşıya doğru gedirik. Ola bilər ki, nəticə onu göstərmir. Ancaq Ayxan müəllimin rəhbərliyi ilə sıfırdan qurulan komanda kimi pis deyilik. “Turan Tovuz”un çox yaxşı kollektivi var. Turnir cədvəlinə baxanda asan rəqib olmadığımız görünür. Özümüzə güvənirik və heç kimdən çəkinmirik. İstər yerli, istərsə də əcnəbi futbolçuladan ibarət yaxşı bir kollektivə sahibik. Bu mövsüm nəyə nail olacağımızı indidən demək çətindir. Hələ çempionat davam edir. Qarşıda çox oyunlar var. Kubok görüşlərində də uğurlu nəticə qazanmaq istəyirik. Qarşımıza konkret bir hədəf qoyulmasa da, hər oyun maskimum nəticə verməliyik. Premyer Liqaya geridönüşümüz boş yerə olmamalıdır”.

Bir dönəm Türkiyə Bal Liqası təmsilçisi “Diyarbakır Yolspor”da da çıxış edən Bağırov öz hədəflərindən də danışıb:

“İlk öncə Premyer Liqa oyunlarında daha çox şans qazanmaq istəyirəm. Öncə bunu bacarmalıyam. “Turan Tovuz” üçün yaxşı işlər görməliyəm. Ancaq əsas məqsədim milliyə dəvət almaqdır. Mütləq bu şərəfə nail olmalıyam. Bunun yolu da klubdakı performansımdan keçir. Ona görə də durmadan inkişaf etməli və özümü sübut etməliyəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43