Kateqoriyasız

“Qarabağ” “Sanderlend”in qapıçısını transfer edir?

“Qarabağ” İngiltərənin “Sanderlend” klubunun qapıçısı Con Maklauqlini heyətinə qatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, qapıçı axtarışlarını davam etdirən Ağdam klubu 31 yaşlı qolkiperə təklif göndərib. Lakin “Sanderlend”in sahibi Donald Stüart Con Maklauqinə təkliflər olduğunu təsdiqləsə də, onu satmaq niyyətində olmadıqlarını söyləyib.

Qeyd edək ki, Şotlandiya millisinin qapıçısı ilə Türkiyənin “Trabzonspor” və Bolqarıstanın “Ludoqorets” komandalarının da maraqlandığı iddia edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43