İdman

“Qarabağ” səfərdə də “Atletiko”dan xal aldı – YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasının 4-cü turunun görüşləri çərçivəsində “Qarabağ” növbəti matçına çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycanın qürur mənbəyi səfərdə “Atletiko”nun qonağı olub. Bakı Olimpiya Stadionunda keçirilən birinci matçda baxımlı oyun nümayiş etdirərək ilk xalı aktivinə yazdırmağı bacaran Qurban Qurbanovun aslanları növbəti sürprizi reallaşdırıb.

Komandamız ilk hissədə Miçellə hesabı açsa da, fasilədən sonra Tomasın qoluna mane ola bilməyib və hesab 1:1 başa çatıb.

31 oktyabr

Çempionlar Liqası

C qrupu

23:45. “Atletiko” (İspaniya) – “Qarabağ” (Azərbaycan) 1:1
Qollar: Miçel, 40 (0:1), Tomas, 56 (1:1)
Qırmızı vərəqə: Pedro (56), Saviç (88)
Baş hakim
: Deniz Aytekin
Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker
Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand
Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya)
Madrid. “Metropolitano” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43