Ölkə futbolu

“Qarabağ” Slavçevi havayı alıb

“Qarabağ” oyunçu üçün “Sportinq”ə pul ödəməyib.

Portuqaliya mətbuatının yaydığı xəbərlərə görə, “Qarabağ”ın “Sportinq”dən heyətinə qatdığı Simeon Slavçev Ağdam klubuna pulsuz keçib. Xəbərdə Lissabon klubunun  25 yaşlı futbolçuya əməkhaqqı ödəməmək üçün “Qarabağ”dan heç bir məbləğ tələb etmədiyi bildirilib.

Qeyd edək ki, Simeon Slavçev “Qarabağ”la 3 illik müqavilə bağlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43