İdman

“Qarabağ” “Sumqayıt”a qalib gəldi – YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. Son çempion “Qarabağ” bu mövsüm baxımlı oyun sərgiləyən “Sumqayıt”la üz-üzə gələcək.

UEFA- Çempionlar Liqasında “Çelsi” ilə qarşılaşacaq Ağdam klubu bu vacib oyun öncəsi Sumqayıt klubunu məğlub etməklə ingilislər önünə yüksək motivasiyada çıxmaq niyyətindədi.

Samir Abbasovun komandası da son çempionla matçda ən azından bir xala ümid edir.

 

Premyer Liqa

XII tur

17 noyabr (cümə)

18:30. “Qarabağ” – “Sumqayıt” 2:0
Qollar: Almeyda, 41, Dino Ndlovu, 65

Qırmızı vərəqə: İbrahim Şehiç, 30 (“Qarabağ”)

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ömər Paşayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Murad Məmmədov

Bakı Olimpiya Stadionu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43