Kateqoriyasız Ölkə futbolu

“Qarabağ” turu keçmək üçün nə etməlidir?-mütəxəssislərin rəyi

“Qarabağ” cavab matçına çıxır.

İdmanxeber.az-ın məlumatına görə, bugün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmasında BATE ilə “Qarabağ” komandası qarşı-qarşıya gələcək. İlk oyunu doğma meydanda 0-1 hesabı ilə uduzan təmsilçimiz səfərdə sərfəli nəticə üçün mübarizə aparacaq. Bəs görəsən Qurban Qurbanovun komandası səfərdə turu keçmək üçün nələri etməlidir?

Ölkənin əməkdar məşqçisi Ağasəlim Mircavadov “Qarabağ”ın tələsməməli olduğunu bildirib:

“Qarabağ” ilk oyunun ikinci hissəsində bizə necə oynaya biləcəyini göstərdi. Cavab matçında tələsərək oynamaq olmaz. Mümkün qədər səbrli oynayıb, əks hücumları gözləmək lazımdır. Əgər oyun başlar-başlamaz təmsilçimiz dərhal irəliyə atılıb, davamlı hücum oynamaq istəsə, doğru olmaz. Çünki, buraxacağımız bir qol işimizi daha da çətinləşdirər. Təbii ki, tur üçün bizə qol lazımdı. Ancaq düşünürəm ki, qol epizodları olcaq. Bunlardan istifadə etməliyik. Ən diqqət edilməsi məsələ isə hava toplarıdır. Mümkün qədər cinahda qayda pozmayıb, künc zərbələrində ehtiyatlı olmalıyıq. Çünki, rəqibin heyətində kifayyət qədər uca boy və bu cür epizodlardan yaxşı istifadə edə bilən futbolçular var”.

Millimizin sabiq baş məşqçisi Vaqif Sadıqov isə komandamızdan ümidli olduğunu bildirib:

“Qurban Qurbanov bu cür qarşılaşmalarda nə cür oynamaq lazım olduğunu biləcək qədər təcrübəli məşqçidir. İnanıram ki, bugün turu keçən tərəf biz olacayıq. “Qarabağ” BATE-dən də güclü, təcrübəli komandalara qarşı oynayıb. Tarixində böyük uğurlar, nəticələr olan klubdur. Ümid edirəm ki, bir tarixdə bugün Borisovda yazacayıq. Bu cür qarşılaşmalarda səbrli olub, ilk dəqiqələrdən açılmamaq lazımdır. Öz oynumuzu oynayaraq, hesabı açıb və bu şansı sona dək qorumalıyıq. Bilirəm ki, “Qarabağ” heçnədən çəkinmədən turu keçməyə layiqli mübarizə aparacaq”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43