Kateqoriyasız

“Qarabağ” üçün BƏD XƏBƏR: “Frayburq”la oyunda olmayacaq!

“Qarabağ”ın futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqanın 12-ci turunun  “Şamaxı” ilə oyununda (4:0) zədələnən yarımmüdafiəçi bu gün tibbi müayinədən keçib.

Futbolçunun diz yan bağlarında dartınma aşkarlanıb. Həkimlərin ilkin rəyinə əsasən, Ozobiç 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qara Qarayev isə həkim nəzarətində fərdi məşqlərini davam etdirir. Onun “Frayburq”la matçda oynayıb-oynamayacağı hələ dəqiqləşməyib.

“Qarabağ” – “Frayburq” matçı noyabrın 3-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43