İdman

“Qarabağ” üçün daha bir şok!

Çempionlar Liqasının 3-cü turunun görüşləri çərçivəsində evdə “Atletiko” ilə görüşdə zədə alan Bədavi Hüseynovdan müsbət cavab gəlməyib.

İdmanxeber.com-un məlumatına görə, millimizin müdafiəçi uzun müddətlik sıradan çıxıb. Bu günlərdə əməliyyatdan çıxan arxa xətt oyunçusu Madrid klubu ilə səfər matçından başqa, ilin sonuna qədər keçiriləcək heç bir matçda meydana çıxa bilməyəcək. Bu prossesin 8 ay çəkəcəyi də istisna olunmur

Qeyd edək ki, Bədavi Hüseynov 2012-ci ildən Ağdam klubunun üzvüdü.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43