Ölkə futbolu

“Qarabağ” və “İmarət”dən Qurban Qurbanova dəstək – FOTO

“Qarabağ” klubu baş məşqçisi Qurban Qurbanova dəstək mesajı yayımlayıb.

İdmanxeber.az-ın məlumatına görə, bu gün millimizdən istefaya göndərilən 46 yaşlı çalışdırıcı üçün Ağdam klubu sosial şəbəkələrdəki rəsmi  hesablarından paylaşım edib.
Qurban Qurbanovun fotosu “Qarabağ”dır Azərbaycan!” başlığı ilə paylaşılıb.

Qeyd edək ki, eyni dəstək mesajını da  Ağdam klubunun  “İmarət” azarkeş qrupu da “Feysbuk” səhifəsində yayımlayıb. Eyni zamanda komandanın Surxanadakı bugünkü məşqində Qurban Qurbanova dəstək olacağı bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43