İdman

“Qarabağ” və “Neftçi” növbəti mərhələdə

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib.

İdmanxeber.com-un məlumatına götə, ilk oyun günündə iki görüş keçirilib.

“Qarabağ” “Qaradağ Lökbatan” kollektivini 2, “Neftçi” isə “Zaqatala”nı 5 cavabsız qolla üstələyib.

1/8 final mərhələsi bir oyundan ibarətdir. Odur ki, qalib gələn tərəf 1/4 finala yüksələcək.
Qeyd edək ki, mərhələnin digər 6 matçı sabah keçiriləcək.

28 noyabr (çərşənbə axşamı)
 
Azərbaycan kuboku
1/8 final

17:00. “Neftçi” – “Zaqatala” – 5:0 
Qollar:
 Daniel Seqovia, 8, 35, Uqo Barqas, 50, Daniel Seqovia, 54, Emin Mahmudov, 59
8-ci km qəsəbə stadionu


16:00. “Qarabağ” – “Qaradağ Lökbatan” – 2:0 
Qollar: 
Əfran İsmayılov, 57, Pedro Enrike, 81
“Azərsun Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43