Premyer Liqa

“Qarabağ” və “Neftçi” qalib gəldi, “Xəzər Lənkəran” uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, turun bütün oyunları eyni günə nəzərdə tutulub.

Turun mərkəzi matçı Bakıda keçiriləcək. Çempionluqu təmin etmiş "Qarabağ" Avropa Liqasına getmək üçün mübarizə aparan "Qəbələ"ni qonaq edəcək.

Gəncədə "Kəpəz" "Neftçi" ilə, Bakıda "İnter" "Xəzər Lənkəran", AZAL "Zirə" ilə münasibətlərə aydınlıq gətirəcək.

Autsayder "Rəvan" isə Sumqayıtda eyniadlı komandanın qonağı olacaq.

11 may (çərşənbə)

Azərbaycan Premyer Liqası, 34-cü tur

16:00. AZAL – “Zirə” 1:1

Qollar: Kvirteya, 68, İqbekoyi, 86

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, İnqilab Məmmədov.

Bakı. "AZAL Arena".

16:00. “Kəpəz” – “Neftçi” 1:2

Qol: Ebah, 5, Anyete, 49, Ruslan Qurbanov, 80 (p)

Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Diniyev.

Gəncə şəhər stadionu.

17:00. “İnter” – “Xəzər Lənkəran” 2:1

Qol: Rauf Əliyev, 15, Fomenko, 20

Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Ziya Nəsirov.

Bakı. “İnter Arena”.

18:00. “Sumqayıt” – “Rəvan” 2:1

Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, İsgəndər Əliyev, Fərid Məmmədov

Sumqayıt. “Kapital Bank Arena”.

19:00. “Qarabağ” – “Qəbələ” 2:0

Qollar, Kintana, 16, 20

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Rauf Cabbarov.

Masazır. “Əlincə Arena”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43