Kateqoriyasız

“Qarabağ” – “Viktoriya” matçının başlama saatı açıqlandı

“Qarabağ”ın Avstriyada təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununun başlama saatı müəyyənləşib.

İdmanxeber.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, ağdamlıların Çexiya təmsilçisi “Viktoriya”ya qarşı görüşü iyulun 2-də, Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” daha öncə Bolqarıstan “Ludoqorets”inə 0:2 hesabı ilə uduzub, Rumıniya “Krayova”su ilə qolsuz bərabərə qalıb, Rusiya “Ufa”sına 2:1 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43