Ölkə futbolu

“Qarabağ” – “Viktoriya” matçının başlama saatı açıqlandı

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubunun keçirəcəyi növbəti yoxlama matçının başlama saatı müəyyənləşib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi iyulun 4-də Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq. “Qarabağ” son yoxlama matçını Almaniya təmsilçisinə qarşı keçirəcək. Qurban Qurbanovun komandası iyulun 8-də “Zonnenhof Qrossaşpax” klubu ilə qarşılaşacaq. Bu görüşün start fiti Bakı vaxtı ilə saat 21:00-da veriləcək.

Qeyd edək ki, daha öncə keçirdiyi yoxlama görüşlərində “Şaxtyor”a (Donetsk, Ukrayna) 0:2, “Krasnodar”a (Rusiya) 0:1 hesabı ilə məğlub olan “Qarabağ” son oyunda “Wakker Burqhausen” (Almaniya) klubuna qalib gəlib – 2:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43