Kateqoriyasız

“Qarabağ” yenə qrupda qaldı (YENİLƏNİB)

Bu gün Avropa Liqasında qrup mərhələsinin sonuncu – altıncı turunun oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, turnirdəki təmsilçimiz "Qarabağ" Belçikada "Anderlext"in qonağı olacaq.

Qrupdan çıxmaq şanslarını saxlayan Ağdam klubu bunun üçün ilk növbədə Brüsseldə qələbə qazanmalıdı. Əgər "Qarabağ" qalib gəlsə və "Tottenhem" "Monako"ya uduzmasa Qurban Qurbanovun başçılıq etdiyi komanda futbol tariximizdə daha bir ilkə imza atmış olacaq.

UEFA Avropa Liqası

Qrup mərhələsi, 6-cı tur

10 dekabr

J qrupu

00:05. "Anderlext" – "Qarabağ" 2:1 

Qollar: Dani Kintana, 26, Najar, 28, Okaka, 31

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

Brüssel. "Konstant Vanden Stok" stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43