Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” yay fasiləsində üçüncü transferini gerçəkləşdirib.
İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi Rerras Faysalı heyətinə qatıb. Mərakeşli müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu sonuncu dəfə Fransanın “Bezye” klubunda çıxış edib.