Kateqoriyasız

“Qarabağ” – “Partizani” oyununa nə qədər bilet satılıb?

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində baş tutacaq “Qarabağ” – “Partizani” oyununa bilet satışı davam edir.

İdmanxeber.az-ın məlumatına görə, “Dalğa Arena”da keçiriləcək qarşılaşma üçün satışa çıxarılan 5000 biletdən 2000-i artıq satılıb. Oyun gününə kimi bütün biletlərin satılacağı gözlənilir.

Xatırladaq ki, İyulun 17-də keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək. Komandalar arasında ilk matçda qolsuz heç-heçə qeydə alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43