Kateqoriyasız

“Mərhələni keçmək üçün mümkün olan hər şeyi edəcəyik” – “Partizani”nin futbolçusu

Albaniyanın “Partizani” klubunun yarımmüdafiəçisi Yasir Asani “Qarabağ”la oyundan öncə ölkəsinin mətbuatına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la Bakıda keçirəcəkləri cavab oyunu haqda danışan yarımmüdafiəçi rəqibi keçmək üçün hər şeyi edəcəklərini bildirib:

“Son günlər fasiləsiz məşq edirik. Bakıdakı oyun çox çətin olacaq. İlk dəqiqələrdə ehtiyatlı oynayacağıq. Çünki “Qarabağ” güclü komandadır. Onları əks-hücumlarda yaxalamaq istəyirik. Mərhələni keçmək üçün mümkün olan hər şeyi edəcəyik. Düşünürəm ki, şanslar bərabərdir. Bizim də yaxşı komandamız var. Əsas məsələ qələbə qazanmaqdır. Yenə hamını təəccübləndirməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43