İdman

“Qarabağ”a yox, “Fiorentina”ya azarkeşlik edəcəyəm” – İtaliya səfiri

İtaliyanın Azərbaycandakı səfiri Campaolo Cutillo Avropa Liqasının qrup mərhələsində Bakıda keçiriləcək “Qarabağ” – “Fiorentina” oyunu barədə fikirlərini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, o bildirib ki, Bakıdakı bu görüşü stadiondan izləyəcək.

“Futbol və idman bir bayram, insanların, xalqların bir yerdə olması üçün gözəl vasitədir. Təəssüf ki, vaxtımın azlığına görə “Fiorentina” ilə “Qarabağ”ın İtaliyadakı matçına gedə bilmədim. Amma əlbəttə ki, Bakıdakı oyunu mütləq stadiondan gedib izləyəcəyəm və əlbəttə ki, “Fiorentina”ya azarkeşlik edəcəyəm. Amma futbolda belə bir deyim var ki, ən güclü qalib gələcək” – deyə o vurğulayıb.

Xatırladaq ki, “Qarabağ” – “Fiorentina” matçı dekabrın 8-də keçiriləcək. (qol.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43