Kateqoriyasız

“Qarabağ”da 48 saatlıq istirahət

Antalyada baş tutan qış təlim-məşq toplanışını başa vuran “Qarabağ” bu gün vətənə qayıdıb.

Ağdam təmsilçisi növbəti iki gün ərzində istirahət edəcək.

Qurban Qurbanovun yetirmələri yanvarın 29-da etibarən isə Premyer Liqanın XV turunda qarşılaşacağı “Neftçi”ylə matç üçün hazırlığa start verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43