Ölkə futbolu

“Qarabağ”da növbəti ayrılıq

“Qarabağ”da növbəti ayrılıq reallaşıb.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu qolkiperi Halit Oğuzhanla yollarını ayırıb. Bu barədə məlumatı türkiyəli əlcək sahibi öz şəxsi “facebook” hesabında verib:

“Düz 4 il. Hələ 19 yaşımda gəlib, ailəmdən uzaq və pis günlər keçirdiyim, yaxşısı, pisi bir çox insanı tanıdığım, mənə bir çox şey öyrədən, xəyalımdakı stadionları, komandaları yaxından tanımağımı reallaşdıran, işimdə mənə hər zaman dəstək verən və gözəl xatirələrlə dolu olan yerə vida zamanıdır. Qılıncın hər zaman iti olsun, “Qarabağ”.

Oğuzhan daha çox “Qarabağ”ın əvəzedici komandasında çıxış edirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43