İdman

“Qarabağ”dan “Kəpəz”ə 3 həftəlik zərbə

“Qarabağ”la keçirilən çempionat oyununda zədələnərək əvəzlənən “Kəpəz”in futbolçusu Şəhriyar Əliyevin durumuna aydınlıq gəlib. 

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, müdafiəçisi müayinədən keçib və aldığı xəsarətin ciddi olduğu müəyyənləşib. 

Klubun tibb personalının diaqnozuna əsasən müdafiəçi 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Əliyevin diz oynağının kollarateral bağı zədələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43