Kateqoriyasız

“Qarabağ”dan növbəti transfer? – FOTO

Türkiyənin “Çaykur Rizespor” klubunun futbolçusi Alper Potuk karyerasını “Qarabağ”da davam etdirə bilər.

İdmanxeber.az türkiyəli insayder Yağız Sabuncuoğluna istinadən xəbər verir ki, Ağdam klubu yarımmüdafiəçi üçün I Liqa təmsilçisinə təklif göndərib.

Türkiyə millisinin üzvü karyerası ərzində “Eskişehirspor”, “Fənərbağça” və “Abkaragücü”nün də formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43