Ölkə futbolu

“Qarabağ”dan növbəti transfer – RƏSMİ

“Qarabağ” klubu son olaraq AZAL-da forma geyən Cavid Tağıyevin keçidini rəsmiləşdirib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu gün gənc yarımmüdafiəçi ilə üç illik müqavilə imzalanıb.

22 yaşlı futbolçu “Qarabağ”da 77 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Qarabağ” yay fasiləsində daha öncə hücumçu Danilo Diası və müdafiəçi Tərlan Quliyevi transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43