Kateqoriyasız

“Qarabağ”ı dayandıran tapılmır, Zirədə “sülh”

Bu gün Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub. Son oyun günündə iki matç keçirilib.

Əvvəlcə “Qəbələ” “Zirə”nin qonağı olub. Görüşdə qalib müəyyənləşməyib – 1:1.

Turun son matçında isə lider “Qarabağ” “Sabah”ı qəbul edib. Aödam klubu bu matçda 2:0 hesablı qələbə əldə edib.

Azərbaycan Premyer Liqası
VII tur

6 oktyabr (bazar)

“Zirə” – “Qəbələ” – 1:1

Qollar: İlkin Muradov, 67 – Ülvi İsgəndərov, 64
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Orxan Məmmədov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu, 18:00

“Zirə”: 28. Boyan Zoqoviç, 8. İlkin Muradov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 10. Elvin Məmmədov (k), 18. Xulio Sezar Rodriges, 48. Şafik Tiqrudja, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 6. Alvaro Ampuero, 70. Nicat Süleymanov
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov, 17. Robin Nqalande, 23. Mfo Kqasvane, 99. Rafael Məhərrəmli, 93. Seyxan Fərəcov, 77. Cəlal Hüseynov
Baş məşqçi: Samir Abasov

“Qəbələ”: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İvitsa Juniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopes, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 19. Rövlan Muradov, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov
Baş məşqçi: Zaur Həşimov

“Qarabağ” – “Sabah” – 2:0
Qollar:
 Maqaye, Qeye, 17, Abbas Hüseynov, 51
Qırmızı vərəqə: Bəhlul Mustafazadə, 77

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:30

“Qarabağ”: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 6. Simeon Slavçev, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 14. Rəşad Sadıqov, 4. Rahil Məmmədov, 10. Dani Kintana, 17. Abdullah Zubir, 3. Ailton Silva, 18. İsmayıl İbrahimli, 24. Nihad Tamazov, 45. Rauf Hüseynli
Baş məşqçi: Qurban Qurbanov

“Sabah”: 1. Saşa Stamenkoviç, 19. Təmkin Xəlilzadə, 14. Rəşad Eyubov (k), 7. Coşqun Diniyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 26. Ozan Can Kökcü
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 6. Vadim Abdullayev, 77. Cavid Tağıyev, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 11. Şakir Seyidov
Baş məşqçi: Rövşən Babayev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43