Kateqoriyasız

“Qarabağ”ı “Ferentsvaroş”dan üstün hesab etmək olmaz”

Rusiyalı sabiq futbolçu Anatoli Bişoveç həmyerlisi Stanislav Çerçesovun rəhbərlik etdiyi “Ferentsvaroş”un Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a uduzmasını şərh edib.

İdmanxeber.az xəbər verir ki, mütəxəssis nəticənin gözlənilməz olduğunu deyib:

“Gözlənilməz nəticə oldu. “Qarabağ”ı “Ferentsvaroş”dan üstün komanda hesab etmək olmaz. Lakin, nəticə belə oldu. “Ferentsvaroş” Avropa Liqasında özünü sübut etmək imkanı var”.

“Qarabağ” iki oyunun nəticəsinə görə (1:1, 3:1) Macarıstan klubunu mübarizədən kənarlaşdırıb. “Atlılar” pley-offda Çexiya “Viktoriya”sı ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43