Kateqoriyasız

“Qarabağ”ı məğlub edib həvəsləniblər” – Şahin Diniyev

“Bəlkə də bizi “Qəbələ” ilə oyundan da çətin qarşılaşma gözləyir. Uşaqlar bunu yaxşı dərk edirlər. Çalışacağıq ki, meydanda əlimizdən gələni edək”.

İdmanxeber.comun məlumatna görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına açıqlamasında deyib.

Azərbaycan Premyer Liqasının 20-ci turunda bu gün AZAL-la keçiriləcək oyundan danışan baş məşqçi görüşün asan olmayacağını bildirib: “Rəqib mübariz komandadır, meydançanın hər qarışı uğrunda vuruşur, motivasiyalıdır. “Qarabağ”ı məğlub ediblər və bu onlarda həvəsi daha da artırıb. Altı oyundur ki, top buraxmırlar”.  

Qeyd edək ki, AZAL – “Kəpəz” oyunu saat 13:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43