Premyer Liqa

“Qarabağ”ın 3 zədəli futbolçusu məşqlərə başladı

Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qəbələ” ilə matç öncəsi “Qarabağ”ın 3 zədəli futbolçusu məşqlərə başlayıb.

İdmanxeber.com-un məlumatına görə, komandanın qolkiperi İbrahim Şehiç, müdafiəçi Bədavi Hüseynov və yarımmüdafiəçi Riçard Almeyda bu gün kollektivlə birlikdə məşqlərə başlayıb. Lakin futbolçuların oynayacağı oyun günü bəlli olacaq.

Qeyd edək ki, “Tofiq Bəhramov”da keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı sabah saat 20:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43