Kateqoriyasız

“Qarabağ”ın bir dəfə Quzanlıda oynamasına qarşı deyiləm” – Abdolbari Goozal

“Qarabağ”ın oyunlarından biri Quzanlı qəsəbəsində keçirilə bilər, amma bu yenə də Qurban Qurbanovun qərarıdır”.

Bu sözləri “Report”a açıqlamasında “Azersun Holding” MMC-nin İdarə Heyətinin sədri və “Qarabağ” klubunun prezidenti Abdolbari Goozal deyib.

Onun sözlərinə görə, “Qarabağ”ın futbolçuları avrokubok oyunları zamanı çox yorulur: “Onlar ölkə xaricində təlim-məşq toplanışı keçirlər, həm də Avropada ev və səfər qarşılaşmaları keçirirlər. Ona görə də çox yorulurlar. Komandanın simvolik olaraq bir dəfə Quzanlıda oynamasına qarşı deyiləm, amma bu barədə Qurban bəydən soruşmaq lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43