Ölkə futbolu

“Qarabağ” Kiprdən qələbə ilə qayıdır – Yenilənib

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

İdmanxeber.az-ın məlumatına görə, turnirdəki yeganə təmsilçimiz “Qarabağ” da növbəti matçına çıxıb. Ağdam klubu səfərdə Kiprin APOEL komandasına qalib gəlib 1:2.

Qeyd edək ki, Ağdam klubu Kipr təmsilçisini mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.

6 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi

21:00. APEOL (Kipr) – “Qarabağ” (Azərbaycan) 1:2

Qol: Mahir Emreli, 54, Maqaye Qeye, 70
Hakimlər:
 David Massa, Fabiano Preti, Alberto Teqoni, Rosario Abisso (hamısı İtaliya).
Nikosiya. GSP stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43