İdman

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Olimpiya” oldu!

Bu gün Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatması keçirilib.

İdmanxeber.com-un məlumatına görə, mübarizəyə 1-ci mərhələdən qoşulacaq Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşib.

Ağdam klubunun bəxtinə Sloveniya “Olimpiya”sı düşüb.

I təsnifat  mərhələsi

“Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan)

“Torpedo” (Kutaisi, Gürcüstan) – “Şerif” (Moldova)

“Şkendiya” (Makedoniya) – TNS (Uels)

“Suduva” (Litva) – APOEL (Kipr)

“Düdelanj” (Lüksemburq) – “Videoton” (Macarıstan)

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43