İdman

“Qarabağ”ın ÇL-dəki rəqibini yaxından tanıyaq: 3 dəfə ad dəyişən “əjdahalar”

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bilindi.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu Sloveniya çempionu “Olimpiya” ilə qarşılaşacaq. Lublyana təmsilçisi son mövsüm gərgin keçən mübarizədən sonra çempionluq adına yiyələndi. 

“Qarabağ”ın rəqibini yaxından tanıyaq:

Təməli 2 mart 2005-ci ildə qoyulan “Olimpiya”nın forma rəngləri yaşıl və ağdı. “Əjdahalar” ləqəbi ilə tanına komanda ev oyunlarında yaşıl, səfər matçlarında ağ formalarda çıxış edir. 13 illik tarixə malik kollektiv yarandığı ildə “Beziqrad”, 2007-2008 mövsümündə isə “Olimpiya Beziqrad” adı ilə çıxış edib. 2008-ci ildən bu yana isə “Olimpiya” adı ilə çıxış edən komanda ev oyunlarını 16.800 tamaşaçı tutumuna malik “Stoziçe Arena”da keçirir.

Komanda başa çatan mövsümdə “Maribor”la xalları eyni olsa da, top fərqinə görə, Lublyana təmsilçisi çempion kimi mövsümü qapadı. Mövsümdə cəmi 2 dəfə yenilən “Olimpiya” Sloveiya çempionatında ən az qol buraxan və ən az uduzan komanda adına yiyələndi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43