Kateqoriyasız

“Qarabağ”ın dərdi böyükdü

“Qarabağ”ın “Zalsburq”la cavab matçında zədələnən iki futbolçusu İlqar Qurbanov və Maksim Medvedyev bir müddət Ağdam klubuna kömək edə bilməyəcəklər.

İdmanxeber.com-un məlumatına görə, Avstriyadakı matçın ilk hissəsində sıradan çıxan İlqar Qurbanov ən azı 1 ay yaşıl meydanlardan kənar qalacaq.

Digər zədəli futbolçu Maksim Medvedyev isə böyük ehtimalla 3 həftə “Qarabağ”a kömək edə bilməyəcək. Adıçəkilən futbolçular Avroliqanın pley-off mərhələsinin ilk matçını buraxacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43