İdman

“Qarabağ”ın əsas müdafiəçisi zədələnib

“Qarabağ” sabah Avropa Liqasının “pley-off” mərhələsinin cavab matçı çərçivəsində İsveçin “Göteborq” klubunu qəbul edəcək.

 

İdmanxeber.com sportal.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün matçöncəsi son məşqinə çıxıb. Komandanın aparıcı üzvlərindən olan Bədavi Hüseynov kollektivdən ayrı məşq edib. Kiçik zədəsi olan mərkəz müdafiəçisinin sabah meydana çıxacağı gözlənilir.

 

Qeyd edək ki, “Qarabağ” – “Qöteborq” matçı sabah saat 20:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43