Kateqoriyasız

“Qarabağ”ın futbolçusu millidə xəstələndi

“Qarabağ”ın futbolçusu Simeon Slavçev Bolqarıstan millisinin düşərgəsində xəstələnib.

İdmanxeber.az-ın məlumatına görə, bu səbəbdən o, AVRO-2020-nin seçmə mərhələsində sabah Monteneqro ilə oyunda iştirak etməyəcək. 26 yaşlı yarımmüdafiəçi xəstələndiyi üçün Podqoritsaya aparılmayıb.

Qeyd edək ki, Slavçevlə yanaşı Straxil Popov və Vasil Bojikov da Monteneqro ilə matçı buraxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43