Ölkə futbolu

“Qarabağ”ın futbolçusu ölkəni tərk etdi: Zirədən Münhenə

“Qarabağ”ın və Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyev ölkəni tərk edib.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Bir müddətdi ki, zədədən əziyyət çəkən təcrübəli futbolçu növbəti dəfə müayinədən keçmək üçün Almaniyaya yollanıb.

Zirədə komandasının çempionluquna şahidlik edən yarımmüdafiəçi oradan da birbaşa hava limanına yollanıb. Münhendə tibbi müayinədən keçən futbolçu 3 həftə orada qalacaq.

Qeyd edək ki, “Qarabağ”a keçdikdən sonra 2 dəfə zədələnən Rahid Əmirquliyev Ağdam klubunun heyətində ümumilikdə 3 oyunda iştirak edib.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43