Ölkə futbolu

“Qarabağ”ın iki oyunçusu “Sportinq”lə oyunda olmayacaq

“Qarabağ” “Sportinq” oyununun hazırlıqlarını davam etdirir.

Avroliqanın qrup mərhələsinin ilk oyununu səfərdə “Sportinq” komandası ilə keçirəcək “Qarabağ” komandasının heyətində iki zədəli futbolçu var.  Uzun müddətdir meydanlardan uzaq qalan Dani Kintanayla yanaşı Miçel də zədə səbəbindən bu oyunu buraxmalı olacaq. S.Slavçev isə hazırlıqlara qoşulsa da, oynaması sual altındadır.

Digər tərəfdən çətin səfər matçında təmsilçimiz dəstəksiz qalmayacaq. Əldə etdiyimiz məlumata görə, təxminən 50-yə yaxın azarkeş stadionda “Qarabağ”a dəstək olacaq.

Qeyd edək ki, “Sportinq” – “Qarabağ” matçı sentyabrın 20-si oynanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43