Ölkə futbolu

“Qarabağ”ın ilk oyununun vaxtı bilindi

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın ilk yoxlama oyununun başlama saatı açıqlanıb.

İdmanxeber.az-ın klubun  rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, Rumıniyanın “Botoşani” klubu ilə görüş sabah Bakı vaxtı ilə 18:30-da başlayacaq.

Qeyd edək ki, Qurban Qurbanovun komandası bundan başqa, yanvarın 16-sı Özbəkistanın “Paxtakor”, 19-u Çexiyanın “Bohemians”, 23-ü Polşanın “Piast” və 26-sı isə Ukraynanın “Şaxtyor” (Donetsk) klublarıyla qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43