Ölkə futbolu

“Qarabağ”ın ilk sınağının başlama vaxtı müəyyənləşdi

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ”ın 6 yoxlama oyununa çıxacağını xəbər vermişdik.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın ilk yoxlama oyunu Yanvarın 17-si Xorvatiya təmsilçisi `RNK Split`lə olacaq. Oyunun məkanı və başlama saatı dəqiqləşib. Saat 17:00-da start götürəcək qarşılaşma Belek bölgəsindəki `Piapilyon` hotelinə məxsus futbol meydançasında baş tutacaq.

21 Yanvarda baş tutacaq `Sürix`lə qarşılaşma isə 17:30-da məskunlaşdığımız `İC Santai`nin futbol meydançasında baş tutacaq.

“Qarabağ”ın yoxlama görüşlərnin proqramı belədir:

17 Yanvar – RNK Split (Xorvatiya)

21 Yanvar – Sürix (İsveçrə)

24 Yanvar – Levski (Bolqarıstan)

27 Yanvar – Legiya (Polşa)

29 Yanvar – Mordoviya (Rusiya)

31 Yanvar – Targu Mures (Ruminiya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43