Dünya futbolu

“Qarabağ”ın legioneri milliyə çağırıldı

“Qarabağ” futbolçusu Simeon Slavçev Bolqarıstan millisinə dəvət olunub.

İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəşi martın 18-də Bolqarıstan millisinin düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, Bolqarıstan yığması AÇ-2020 seçmə mərhələsində martın 22-si evdə Çernoqoriya və martın 26-sı isə səfərdə Kosovoyla qarşılaşacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43